Bakı Şəhər İcra Hakimiyyəti bir qrup qadın haqları fəallarının martın 8-də Bakıda Fəvvarələr Meydanında yürüş keçirmək barədə müraciətinə imtina cavabı verib.
Şəhər administrasiyası imtinanı təklif olunan marşrutun insanların sıx olduğu yerdə yerləşməsi, şəhər sakinləri və paytaxtın qonaqları tərəfindən istifadə olunması və orada çox sayda ictimai iaşə və xidmət obyektlərinin yerləşməsi ilə əsaslandırıb. Bununla əlaqədar meriya aksiya keçirilməsini məqsədəuyğun hesab etməyib.
Bununla belə, təşkilatçılar icra hakimiyyətinin dəlillərini əsassız hesab edir və etiraz aksiyası keçirmək niyyətindədirlər.
Aksiya "Marş 8 - Yaşamaq istəyirik!" şüarı altında keçiriləcək, gender zorakılığına və qadınların qətlinə etirazın nümayişi olacaq.