Həmədanda narkotik qaçaqmalçılığı ilə əlaqədar iki məhkum edam edilib

FILE - A noose is seen at a jail in Kabul, Afghanistan, Oct. 8, 2014, ahead of an execution.

Hüquq müdafiə cəmiyyətləri keçən günlərdə Həmədan şəhərində iki məhkumun dar ağacından asıldığına dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatı bu barədə məlumat yayıblar.

IHR təşkilatının xəbərinə narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş Məhəmməd Dostinejadın ölüm cəzası çərşənbə günü səhər saatlarında Həmədanın mərkəzi həbsxanasında tətbiq edilib.

Hüquq müdafiə təşkilatı Dostinejadın edamının ertəsi günü keçirilən “yas mərasimi elanının” surətini veb səhifəsində yayımlayıb.

HRA agentliyinin bildirdiyinə görə, keçən həftə Həmədan həbsxanasında narkotik qaçaqmalçılığı ilə əlaqədar iki məhkum edam edilib. İkinci şəxsin kimliyi ilə bağlı məlumat yayılmayıb.

SEE ALSO: Hesabat: İranda ən çox edam hökmü qeyri-fars icmalarında həyata keçirilir

IHR-nin Fransada qərargahlanan Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatının (ECPM) dəstəyi ilə keçən il hazırladığı hesabata görə, İranda bəluçlar başda olmaqla, qeyri-fars icmalar arasında ölüm cəzası statistikası həddən artıq yüksəkdir. Həmin hesabata əsasən, 2021-ci ildə İranda əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında türklərin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutub.