Banqladeşin cənub-şərqində Myanmanın Rohinca qaçqınlarının məskunlaşdığı düşərgədə güclü yanğın baş verib və minlərlə insan evsiz qalıb.
Banqladeşin qaçqınlar üzrə komissarının müavini Şəmsud Douza bildirib ki, Baluxali qaçqın düşərgəsində əsasən bambukdan və brezentdən hazırlanmış ən azı 1000 ev yanıb.
"Ancaq bu, təxmini rəqəmdir" - deyə, o, Amerikanın Səsinə bildirib.
BMT-nin Banqladeşdəki Qaçqınlar Agentliyi daha sonra tvitində yanğınsöndürmə üzrə təlim keçmiş Rohinca könüllülərinin və yerli yanğınsöndürmə xidmətlərinin yanğına nəzarət etdiyini bildirib. Rəsmilər bir çox insanı təhlükəsiz yerə apardıqlarını bildirib. Ölənlərin sayı məlum deyil.
Qaçqınlar icmasının lideri Sayed Ullah bildirib ki, dağlıq düşərgələrə yanğınsöndürənlərin çatması çətin olduğundan 3000-dən çox gecəqondu məhv edilib.
Ən azı 740 000 Rohinca müsəlmanı 2017-ci ildə Koks-Bazar rayonunda artıq izdihamlı Banqladeş qaçqın düşərgələrinə gəlib. Onlar Myanmanın əksəriyyətinin Buddist olduğu Rakxayn bölgəsində təhlükəsizlik qüvvələri və Buddist milislərin ölümcül zorakılığından qaçıb.
Təxminən 1,1 milyon qaçqın indi bir zamanlar nadir Asiya vəhşi fillərinin sığınacağı olan 28 kvadrat kilometrlik düşərgə bərbad vəziyyətdə yaşayır.
Dəkkə tərəfindən müntəzəm olaraq məşğulluqlarına qadağa qoyulduğu üçün bir çox Rohinca qaçqını çox hallarda daha yaxşı həyat sorağında ümidsizliyə qapılır və cinayətkar fəaliyyətə qoşulur.