Estoniyada səsvermə keçirilir

Estoniyada seçicilər ümumi seçkilərdə səs vermək üçün bazar günü seçki məntəqələrinə gedib. Baş nazir Kaja Kallasın liberal İslahat Partiyasının hökuməti Ukraynanın Avropanın ən sabit tərəfdarlarından biridir.

Siyasi analitiklər deyir ki, İslahat Partiyasından baş nazir Kallas və çox güman ki, Martin Helme və millətçi ifrat sağçı EKRE partiyasına qalib gələcək. Kallas qalib gəlsə, Estoniyanı daha çox yaşıl enerji qəbul etmək kursunda saxlayacağına və ukraynalı qaçqınları qəbul etməyə davam edəcəyinə söz verib.

Bu arada Helme tərəfdarlarına bildirib ki, EKRE-nin qələbəsi yaşıl enerjiyə keçidi və Ukrayna qaçqınlarının axınını dayandıracaq. Hər iki lider növbəti koalisiya hökumətinə rəhbərlik etməyi səbirsizliklə gözlədiklərini bildiriblər.

Estoniyada seçicilərin demək olar ki, yarısı artıq elektron qaydada səs verib. Estoniya 1991-ci ildə Sovet İttifaqından ayrılaraq, Qərb yolu ilə gedib, həm NATO, həm də Avropa İttifaqına qoşulub.