İtaliya rəsmiləri bildirib ki, İtaliyaya miqrantları daşıyan taxta qayıq quruya çıxmazdan əvvəl parçalanıb və biri uşaq olmaqla, 43 nəfər həlak olub.
Səlahiyyətlilər 80-ə yaxın insanın sağ çıxdığını bildirir. Cəsədlərdən bəziləri bazar günü Krotone əyalətindəki dənizkənarı kurortda sahilə çıxıb.
Rəsmi məlumatlara görə, gəmidə ən azı 100 nəfər olub.
"Bu, böyük bir faciədir" - deyə, Krotone bələdiyyə başçısı Vincenzo Voce bildirib.
Roma Papası Fransisk bazar günü deyib: "Mən onların hər biri, itkin düşənlər və sağ qalan digər miqrantlar üçün dua edirəm".
Fransisk, həmçinin xilaskarlar üçün "və miqrantları qarşılayanlar" üçün də dua etdiyini deyib.