Rusiyanın qonşu Ukraynaya hərbi müdaxiləsindən bir il ötür. ABŞ Müdafiə Nazirliyi Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin ikinci ilə keçdiyi bir vaxt Ukraynaya əlavə 2 milyard dollarlıq "təhlükəsizlik yardımı" elan edib. Vaşinqtonda qərargahlanan Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanin Səsinə müsahibədə 2023-cü ildə Ukraynada müharibənin gedişatı ilə bağlı gözləntilərindən, ABŞ-ın Ukraynaya hərbi yardımının effektivliyindən və müharibənin regiona təsirlərindən danışıb.
Amerikanın Səsi: Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bir il ötür. Müharibənin ikinci ilində nə gözlənilir? Döyüşlərə son qoyulacağını gözləyirsinizmi?
SEE ALSO: Zelenski: Ukraynanın müqaviməti göstərdi ki, hər sabahkı gün üçün mübarizə aparmağa dəyərRiçard Vaytz: Zənnimcə ən azından önümüzdəki bir neçə ay ərzində daha çox döyüşlərin olacağını görəcəyik. Həm Prezident Putin, həm də Prezident Zelenski müharibə məqsədlərini açıqlayıb və onlar tamamilə bir-birilə uyğun gəlmir.
NATO ən azından bu il Ukraynanı güclə şəkildə dəstəkləməyə davam edəcək. Çin isə daha çox Rusiyaya meyl edə bilər. Amma məncə biz sadəcə olaraq daha çox döyüşlərə şahid olacağıq. Mən döyüş meydanında böyük dəyişiklik görmürəm. Amma ötən il zamanla köklü dəyişikliklərə şahid olduq. Ona görə də mən yanıla da bilərəm.
Amerikanın Səsi: ABŞ Ukraynaya əlavə olaraq 2 milyard dollar yardım ayırıb ki, buna Pilotsuz Uçuş Sistemləri, eləcə də artilleriya və dəqiq atəş silahları üçün kritik sursat ehtiyatları daxildir. Lakin bu yardıma Ukraynanın uzun müddətdir istədiyi döyüş təyyarələri daxil edilməyib. Sizcə, ABŞ-ın Ukraynaya hərbi yardımı döyüş meydanında dinamikanı dəyişirmi?
SEE ALSO: ABŞ Ukraynaya daha 2 milyard dollarlıq təhlükəsizlik yardımı ayırırRiçard Vaytz: ABŞ və müttəfiqləri Ukraynanı təmin etdikləri hərbi yardımın səviyyəsini artırmağa davam ediblər. Onlar getdikcə daha yaxşı hava hücumundan müdafiə sistemləri, daha yaxşı dronlar, daha yaxşı uzunmənzilli artilleriya və bu yaxınlarda tanklar və başqa ordu maşınları veriblər. Döyüş təyyarəsi ilə bağlı müzakirələr hələ də davam edir. Məncə hələ ki, biz Ukraynanın havadan müdafiəsinin daha da gücləndirələcəyini görəcəyik. Və bəlkə də Ukraynanı MiG kimi sovet tipli təyyarələrlə təmin etmək üçün hərəkətə keçəcəklər. Ancaq F-16 ilə bağlı müzakirələr həqiqətən də mürəkkəbdir, çünki həmin təyyarələrdən istifadə ilə bağlı təlim keçmək və bunu öyrənmək vaxt alacaq.
Bundan əlavə Rusiyanın cavabı ilə bağlı da narahatlıq var. Amma mən düşünürəm ki, əgər Rusiya döyüş meydanında gözlənilməz irəliləyişlər əldə etməyə başlasa, bu, onların Ukraynanı daha yaxşı hava gücü ilə təmin etməsini sürətləndirə bilər.
Amerikanın Səsi: Ağ Ev cümə günü Rusiyanın bank, mədənçilik və müdafiə sektorlarını, eləcə də Rusiyanın müharibə səylərini dəstəkləyən Avropa, Asiya və Yaxın Şərqdə həm Rusiya, həm də üçüncü ölkədən 200-dən çox fiziki şəxs və qurumu hədəf alan yeni sanksiyaları elan edib. Bu, hərbi müdaxilə başlayandan bəri Rusiyaya qarşı tətbiq edilən ən son sanksiyalardır. Rusiyaya qarşı olan bu sanksiyalar işə yarayırmı? Onlar müharibənin gedişatına necə təsir göstərir?
Riçard Vaytz: Onlar işə yarayıb, amma insanların ümid etdiyi qədər deyil. Onlar Rusiyanın hərbi əməliyyatlar üçün lazım olan şeyləri əldə etməsinə əngəl olub. Amma bugünkü sanksiyalarda da gördüyümüz kimi, onlar üçüncü tərəfdən və vasitəçilərdən istifadə edərək bu məhdudiyyətlərdən yan keçə biliblər. Və məncə sanksiyalar bunun qarşısını almaq üçün hazırlanıb. Biz tez-tez İran, Şimali Koreya, Rusiya ilə əlaqədar olaraq Qərbin ABŞ-ın başçılığı ilə bir sıra sanksiyalar qəbul etdiyini görürük. Hədəf alınan ölkə zamanla onlardan yan keçməyə çalışır. Ona görə də Qərb daha sonra boşluqları doldurmaq üçün əlavə sanksiyalar tətbiq edir, həmin ölkələr isə daha sonra cavab verir. Yəni sanksiyalar heç vaxt tamamilə effektiv deyil.
Your browser doesn’t support HTML5
Düşünürəm ki, ötən il qarşılaşdığımız bir problem Rusiyanın neft və qaz sata və külli miqdarda pul qazana bilməsi idi ki, onlar bu puldan müharibəni maliyyələşdirmək üçün istifadə edə bilirdi. Məncə son dəyişikliklər, Avropada gələcək enerji təchizatı ilə bağlı vəziyyətin yaxşılaşması, yeni sanksiyalar və neftin qiymətini aşağı salmaq cəhdləri gəlir axınını azaltmağa yardım edə bilər. Amma Çin müdaxilə edərək, ruslara yardım etmək üçün çox sayda rus məhsulu ala bilər. Bu da sanksiyaları kompensasiya edə bilər.
Amerikanın Səsi: Ukraynadakı müharibə regional dinamikanı necə dəyişib? Bu, Rusiyanın postsovet məkanında nüfuzuna necə təsir göstərib?
Riçard Vaytz: Başqa ölkələr arasında Rusiyanın xarici siyasəti ilə bağlı daha çox narahatlıq yaranıb. O, hətta Rusiyaya meylli olan ölkələr tərəfindən belə, daha öncə görüldüyü kimi etibarlı təhlükəsizlik zəmantəçisi olaraq görülmür.
Rusiyanın, Ukraynadakı müharibədən asılı olaraq, diqqətini daha sonra Gürcüstan, Moldova və hətta Qazaxıstana çevirəcəyinə dair narahatlıqlar var. Ancaq başqa dinamikalara düşünüləndən daha az təsir olub. Məsələn, Çin Mərkəzi Asiyadakı boşluğu doldurmağa çalışmayıb. Gürcüstan hökuməti Rusiyaya daha çox yaxınlaşıb.
Ancaq Azərbaycan və Ermənistanda dinamika çox dəyişməyib. Amma yenə də ölkələrin Rusiyanın diqqətinin yayınmasının onlara daha çox imkan verib-vermədiyini yoxlamağa çalışdığını görürük. Məncə Azərbaycanın bu yaxınlarda Ermənistanla qarşıdurmanın səviyyəsini yüksəltmək və mübahisəli ərazilər məsələsini indi həll etmək cəhdinin arxasında da məhz bu var.