İran İslam Respublikasının Qeydiyyat İdarəsi yeni dünyaya gələn körpə qıza Urmu adı ilə şəxsiyyət vəsiqəsi verilməsinə qarşı çıxıb.
Yeni doğulan körpənin Təbriz sakini olan atası Vəhid Bağırpur öz İnstaqram səhifəsində övladının doğum haqqında şəhadətnaməsinin qeydiyyatı ilə bağlı müraciətin rədd edildiyini bildirib.
Urmu adı Urmiyə şəhərinin adının fərqli deyiliş formasıdır. Vəhid Bağırpurun İnstaqram səhifəsində verdiyi məlumata görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin saytı ərizəçidən onun müraciətinə baxılması üçün adın mənşəyi və mənası barədə idarəyə etibarlı sənəd təqdim etməyi xahiş edib.
Urmu adı verilən körpə qız yanvarın 28-də anadan olub, lakin İslam Respublikasının Qeydiyyatı İdarəsi indiyə qədər onun valideynlərinin seçdiyi adla razılaşmayıb.
SEE ALSO: Ərdəbil vilayətində türk adlar ailələrin övladlarına ən çox seçdiyi adlar sırasında yer alıbİran Azərbaycanında İslam Respublikası rəsmilərinin dediyinə görə, türkcə adlar azərbaycanlı ailələr arasında populyarlıq qazanıb. Lakin İslam Respublikası qanunlarında müxtəlif türk adlarının seçilməsi ilə bağlı bir çox maneələr var ki, bu da valideynlərin sərbəst şəkildə övladlarına hər hansı türk adı qoymasını çətinləşdirir.