Azərbaycan Dövlət Təhlükəsızilyi Xidmətinin İŞİD-in mühasibini saxladığı bildirilir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (Mənbə: DTX)

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İŞİD terror təşkilatının mühasibini saxladığı bildirilir.

Bu barədə Azərbaycanın yerli mediası məlumat yayıb.

Məlumatlarda deyilir ki, uzun müddət müxtəlif ölkələrdə gizlənən İŞİD-in mühasibi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rəsmi qurumlardan xəbərlə bağlı ətraflı məlumat almaq hələ mümkün olmayıb.