Çin bankının sədri yoxa çıxıb

Çinin aparıcı investisiya banklarından biri təsisçisi, ölkənin ən məşhur bankirlərindən olan milyarder Bao Fanqla əlaqəsinin kəsildiyini bildirib.

Cümə axşamı investisiya bankı China Renaissance iki gün ərzində Bao ilə əlaqə saxlaya bilmədiyini deyib. Bank,Baonun "əlçatmazlığının" bankın fəaliyyəti ilə əlaqəli olduğunu göstərən hər hansı bir məlumatdan xəbərdar olmadığınıbildirib.

Bao Fan Çin texnoloji sənayesində əsas fiqurdur və bir çoxları tərəfindən müxtəlif yerli internet startaplarının yaranmasında əsas rol oynadığı hesab edilir. Onun yoxa çıxması Çinin maliyyə sənayesinə qarşı repressiyaların yenidən başlaması ilə bağlı narahatlıqları artırıb. Belə ki, Prezident Si Cinpin cəmiyyətdəki korrupsiyaya qarşı uzunmüddətli səlib yürüşünü davam etdirir.

Çinin maliyyə mediasııin məlumatına görə, Çin intibahının keçmiş prezidenti Konq Lin sentyabr ayında Çin hakimiyyəti tərəfindən saxlanılıb.

Sədrin yoxa çıxması ilə bağlı elandan sonra Honq-Konq birjasında şirkətin səhmləri kəskin ucuzlaşıb.