Ukrayna prezidenti Vladimir Zelenski cümə günü illik qlobal təhlükəsizlik konfransında açılış nitqi ilə çıxış edərək, Qərb müttəfiqlərini Ukraynanın Rusiya təcavüzü ilə mübarizə aparmaq üçün ehtiyac duyduğu silah təchizatında irəliləməyə çağırıb. Builki Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya müdaxiləsi diqqət mərkəzindədir.
Zelenski bildirib ki, Ukrayna SSRİ-nin tərkibində olan digər ölkələrə qarşı təcavüzü davam etdirəcək Vladimir Putin üçün "son dayanacaq" olmayacaq.
"Biz tankların tədarükü məsələsini müzakirə edərkən Kreml Moldovanı boğmağın yollarını düşünür" - deyə, Ukrayna prezidenti xatırladıb.
O, həmçinin vurğulayıb ki, Aİ-nin genişlənməsi danışıqları nə qədər uzansa, Kreml Ukraynaya bir o qədər çox ziyan vura bilər.
"Ukraynanın qələbəsinə alternativ yoxdur, Aİ və NATO-nun üzvü olan Ukraynaya alternativ yoxdur" - deyə, Vladimir Zelenski bildirib.
Zelenski xəbərdarlıq edib ki, Putin Ukraynada dayanmayacaq və əvvəllər SSRİ-nin tərkibində olan bütün dövlətlər onun təcavüzünün hədəfinə çevrilə bilər.
Cümə günü Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransında danışan Zelenski deyib: "Bizim Niderland ilə ümumi anlaşmamız var ki, Ukrayna ordusuna silah tədarükü və dəstəklənməsi ilə bağlı heç bir tabu olmamalıdır".
Hollandiyanın baş naziri Mark Rutte cümə günü bildirib ki, Leopard-1A5 döyüş tanklarının ilk partiyası artıq Niderland, Danimarka və Almaniya tərəfindən alınır və tezliklə Ukraynaya çatdırılacaq.
Keçən il konfrans iştirakçıları Rusiya prezidenti Vladimir Putinə Ukraynanı işğal etməməyi xahiş etmişdilər. Bu il konfrans işğalın 24 fevral ildönümünə sayılı günlər qalmış açılır.
Zelenski ötən gecə müraciətində 101 nəfərin rus əsirliyindən azad edildiyini bildirib.
"Cəbhədə vəziyyətin nəzarətdə saxlanılması və düşmənin hər hansı eskalasiya addımına hazırlaşmaq yaxın gələcək üçün prioritet məsələdir. Torpaqlarımızın daha da azad edilməsi ilə irəliləmək bizim diqqətlə hazırladığımız prioritetdir" - deyə, Zelenski bildirib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirib ki, Rusiya Müdafiə Nazirliyi və onun özəl podratçısı işğalın əvvəlindən "ehtimal ki, 175-200 min itki verib", təxminən 40-60 min “yüksək nisbəti” təmsil ediən personalı həlak olub”.