Urmiyədə türk dilində "Ədalət" adlı tamaşa səhnəyə qoyulur

Rejissor İlqar Abidi Ağbulaqın hazırladığı türkcə "Ədalət" tamaşası fevralın 16-dan 21-ə qədər Urmiyənin mədəniyyət və sənət kompleksində nümayiş etdiriləcək.

Film, konsert və tamaşa biletləri satışında fəaliyyət göstərən "Tiwal" saytının məlumatına görə, Ədalət tamaşası Təbrizli məşhur yazar Qulamhüseyn Saidinin "Gözə göz" adlı əsərindən iqtibas edilib.

"Ədalət" tamaşasında Qasım İsanejad, Elnaz Sabiri, Behruz Nozad, Məhin Kazımi, Müjgan Ahənpəncə, Əli Purəsəd, Ərşiya Aslani və Rza Purcəfər kimi sənətkarlar rol alacaqlar.

SEE ALSO: Türkcə tamaşalar Təbrizdə teatr sənətinə rəğbəti artırıb

Tamaşa ədalətsizliyin hökm sürdüyü bir cəmiyyətin hekayəsini anladır. Cəmiyyətin hökmdarı insanların gözünü kor edib və xalqı maariflənməkdən məhrum buraxaraq zülm və istibdadını davam etdirməyə çalışır.

Rejissor İlqar Abidi keçən illərdə də Urmiyədə "Kim gördü, kim görmədi?”, “Yenə yapraqlar düşür" və "Gözəl bahar" kimi türkcə tamaşalar səhnəyə çıxarıb.