Editorial-Suriyanın Duma əhalisini qazla zəhərləməsindən beş il keçir

Təxminən beş il əvvəl, 2018-ci il aprelin 7-də səhər tezdən Suriya Hərbi Hava Qüvvələrinə məxsus ən azı bir helikopter Suriyanın Duma şəhərinə iki zəhərli xlor qazı atıb. Nəticədə 43 nəfər həlak olub və onlarla insan yaralanıb.

Suriya rejiminin öz vətəndaşlarına qarşı uzun illər davam edən vəhşi müharibəsindən sonra növbəti kimyəvi hücum bütün dünyada müşahidəçiləri şoka salıb. Suriya rejiminin beynəlxalq silah müfəttişlərinin hadisə yerinə tez daxil olmasına icazə verməməsi hadisənin araşdırılmasına mane olub, müfəttişlərin işini çətinləşdirib.

Suriya iştirakını kəskin şəkildə rədd, Suriyanın yaxın müttəfiqi olan Rusiya müdaxilə edib. Rusiya və Suriya da izlərini gizlətmək üçün növbəti kütləvi dezinformasiya kampaniyasına başlayıb. Onlar yalandan hadisənin səhnələşdirildiyini iddia edib; qaz balonu və cəsədlərin yerli qiyamçılar tərəfindən hadisə yerinə qoyulduğunu və zəhərli qazın qiyamçıların istifadə etdiyi yaxınlıqdakı anbardan gəldiyini; ya da qurbanların başqa yerdə öldürüldüyünü və Dumaya aparıldığını iddia edib.

Bu müddət ərzində Rusiya və Suriya rejimi qüvvələri hücumun baş verdiyi ərazini effektiv şəkildə dezinfeksiya edib, ittihamedici dəlilləri yığışdırıb, fotoşəkillər çəkdirib və şahidləri öz həyasız təbliğatlarını dəstəkləməyə məcbur edib.

Üç ay sonra Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və ya OPCW, hücumla bağlı ilk hesabatını açıqlayıb və Duma vətəndaşlarının həqiqətən də kimyəvi silahla hücuma məruz qaldığını bildirib. OPCW-nin 2023-cü il yanvarın 27-də açıqladığı son hesabatda belə nəticəyə gəlinir: "2018-ci il aprelin 7-də Suriyanın elit Pələng Qüvvələrinə məxsus ən azı bir helikopter iki yaşayış binasının üzərinə iki sarı zəhərli xlor qazı qutusu atıb. Bu, Duma bölgəsində 43 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnib".

Hesabatın açıqlanmasından sonra ABŞ, İngiltərə, Fransa və Almaniya birgə bəyanat yayaraq, Suriya prezidenti Bəşər Əsəd rejimini Dumadakı ölümcül kimyəvi hücuma görə qınayıb.

Bəyanatda, həmçinin qeyd edilir ki, "hesabat Rusiyanın bunun müxalifətin hücumu olması ilə bağlı iddiasını təkzib edir". Suriya kimyəvi silah proqramını tam şəkildə bəyan və məhv etməli, bunu etdiyini təsdiqləmək üçün öz ölkəsində OPCW personalının yerləşdirilməsinə icazə verməlidir. Biz Rusiya Federasiyasını Suriyanın kimyəvi silahdan istifadəsinə görə məsuliyyət daşımasını dayandırmağa çağırırıq. Kremldən gələn heç bir dezinformasiya onun Əsəd rejiminə yardım etdiyinii gizlədə bilməz. Biz OPCW heyətinin müstəqil, qərəzsiz və ixtisaslı işini yüksək qiymətləndiririk, kimyəvi silahın istənilən yerdə, hər kəs tərəfindən, istənilən şəraitdə istifadəsini pisləyirik. Biz, həmçinin Suriyada və onun hüdudlarından kənarda bütün kimyəvi silah hücumlarında əli olanları məsuliyyətə cəlb etmək öhdəliyimizi bir daha təsdiqləyirik".