Təbriz sakini olan milli fəal Əmir Səttarinin 3 aylıq həbs cəzasını başa vurduqdan sonra azad edildiyi bildirilir.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbrizdə yaşayan milli fəal Əmir Səttari 91 günlük həbs cəzasını çəkmək üçün yanvarın 17-də Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
O, daha öncə 2021-ci ilin iyulunda Təbrizdə keçirilən etiraz mitinqi ilə əlaqədar mitinqdən əvvəl iyulun 22-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Səttarı nəhayət avqustun 15-də müvəqqəti olaraq girov müqabilində sərbəst buraxılmışdı.
SEE ALSO: Əmir Səttari həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülübSəttari Təbriz Cəza Məhkəməsinin 111-ci şöbəsi tərəfindən "sosial media vasitəsilə insanları zorakılıq hərəkətlərinə təhrik və dəvət etmək" ittihamı ilə 91 gün həbs və 4 milyon tümən pul cəzasına məhkum edilib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə salxlamışdı.
Onun həbs hökmü İranın cənubundakı ərəb icmasının etirazlarına dəstək məqsədilə Təbrizdə iyulun 24-də keçirilən etiraz aksiyası zamanı tutulması ilə əlaqədar olub.