Təbrizli işçi fəalı Hüseyn Kuşi həbs cəzasını çəkdikdən sonra Təbriz Mərkəzi Həbsxanasından azad edilib.
Atasının azadlığa buraxılması xəbərini şəxsi İnstaqram səhifəsində paylaşan güneyli fəal Siyamək Kuşi "bu kədərli günlərdə, bu qədər acı xəbər içində, gəlmək xəbərin ürəyimizi ışıqlandırdı" yazıb.
Hüseyn Kuşi sosial mediada öz şəxsi səhifələrində hökumətə qarşı tənqidi yazılar dərc etdiyi üçün "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" və "ölkə rəhbərliyini təhqir etmək" ittihamlarıından müvafiq olaraq bir il və iki il ümumilikdə 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı əsasında onun 2 illik həbs cəzasının 18 ayı şərti olduğu üçün qalan 6 ay həbs cəzası çəkmək məcburiyyətində idi.
İran İslam Respublikasının cinayət qanunlarına görə, şəxs bir neçə müxtəlif ittihamdan günahkar tanınsa, ona ən uzun həbs cəzası tətbiq edilməlidir.
Fəal nəhayət əvvəlki həbs günləri də daxil olmaqla, həbs müddətini çəkdikdən sonra Təbrizin Mərkəzi Həbsxanasından azad edilib.
O, ötən il oktyabrın 23-də təhlükəsizlik qüvvələri tərəfindən əvvəlcədən xəbər verilmədən evində həbs edilib və cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
SEE ALSO: Siyamək Kuşi: "Atamın səhhəti bizi çox narahat edir"İfadə azadlığının kobud şəkildə pozulduğu İranda ictimai və siyasi fəallar tənqidlərini öz şəxsi sosial media hesablarından paylaşdıqları üçün təhlükəsizlik qüvvələri tərəfindən təqiblərə məruz qalırlar.