Türkiyədə zəlzələ zamanı həlak olan bir nəfər Azərbaycan vətəndaşının adı məlum olub

Türkiyədə zəlzələ bölgəsi

Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olan bir nəfər Azərbaycan vətəndaşının adı məlum olub.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat xidməti idarəsi Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, 1980-ci il təvəllüdlü Nailə Bünyatova Türkiyədəki zəlzələ zamanı həlak olub.

Məlumatı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da təsdiq edib.

Mətbuat xidməti idarəsi bildirib ki, Türkiyənin zəlzələ baş verən bölgəsindən azərbaycanlıları təxliyə edən 2 avtobus artıq yola düşüb, təxliyə başlanıb.

Nazirlik bildirir ki, hazırda zəlzələ bölgəsində yaşayan azərbaycanlıların siyahısının dəqiqləşdirilməsi davam edir.