ABŞ-da Qafqaz, İran və Türkiyədən gətirilən çoxəsrlik xalçalar nümayiş etdirilir

Your browser doesn’t support HTML5

ABŞ-da Qafqaz, İran və Türkiyədən gətirilən çoxəsrlik xalçalar nümayiş etdirilir

ABŞ-ın qərbində Kolorado ştatındakı muzeydə Qafqaz, İran və Türkiyədən gətirilən çoxəsrlik toxuculuq nümunələri regionun ayrı-ayrı hekayələri və tarixini nümayiş etdirir.

Denver İncəsənət Muzeyində müasir İran, Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstanın son 500 ilinə aid onlarla toxuculuq dizaynları nümayiş etdirilir. Muzeyin direktoru Kristof Haynrix üzərində şərqdə Asiyaya məxsus əjdaha təsvirləri olan 1700-cü illərə aid bu Qafqaz xalçası kimi bəzi xalçaların minlərlə kilometri əhatə edən geniş bölgədə körpü yaratdığını deyir.

((Christoph Heinrich, Denver Art Museum))

"Bu, həmin xalçaların müxtəlif mədəniyyətləri birləşdirdiyi və həqiqətən də bir ölkədən digərinə motivlər, simvollar, məlumatları daşıdığını göstərən çoxsaylı göstəricilərdən biridir".

Toxunmuş materiallar cırılmadıqlarına görə daha uzunömürlü olur və onları daşımaq nisbətən asandır. Bu qalın tüklü daşınan türk yataq dəsti kimi, insanlar kilimlərdən namaz qılmaq, isinmək və yatmaq üçün istifadə edirdi.

((Christoph Heinrich, Denver Art Museum))

"Bu, sizə istifadənin müxtəlif yollarını göstərir. Hazırda xalçanı adətən yerə salırıq və o, döşəməni və ayaqlarınızı isti saxlayır. Lakin 19-cu əsrdə bu həm də yataq kimi çox praktik idi. Mən ona baxanda düşünürəm ki, yəqin olduqca rahat bir yataq olub."

Sərgidəki digər türk xalçalarına bu Karaman xalçası və 1800-cü illərin əvvəllərinə aid Demerci Kula xalçası daxildir. Henrix deyir ki, adları məlum olmayan sənətkarları bir-birindən yun boyaların rəngləri və düyünlərin naxışları fərqləndirib.

((Christoph Heinrich, Denver Art Museum))

"Toxuculuq bir az piksellər kimidir. Bu, rəsm əsərində fırçanı istədiyiniz yerə vurmağınıza bənzəmir, burada onun yaradıcısı həmişə bu kiçik nöqtələr barədə düşünməlisiniz."

1600-cü illərdə İranın Kirman şəhəri Səfəvilər sülaləsinin üstünlük verdiyi xüsusi toxuma metodundan istifadə edilən toxuculuq mərkəzi kimi tanınırdı. Həmçinin fars şairi Sədi Şirazinin 13-cü əsrə aid şeri və üzərində heyvanların təsvir edildiyi xalça da nümayiş etdirilir. Ziyarətçilərin ən çox sevdiyi eksponatlardan biri İranın cənub-qərbindən gətirilən bu aslandır.

((Christoph Heinrich, Denver Art Museum))

"Sizə baxan bu qeyri-adi üzə çox nadir hallarada rast gəlinir. Müxtəlif naxışların vurulması ilə bu, çox yaradıcı üsuldur. Diqqətlə baxsanız, burada çoxlu dairələrin ləkələrini, həqiqətən bədənin təsvirini şərh etməyə çalışan müxtəlif ornamentləri görəcəksiniz."

Henrix deyir ki, xalçaların zəngin rəngləri, naxışları və simvolları regionda ticarət və diplomatiyanın dərin tarixini göstərir. Sərgi may ayına qədər davam edəcək.