Hələ də Ukraynada qalan uşaqlar müharibənin travması ilə üzləşməyə məcbur qalırlar. Ukraynalı psixoloqlar onlara emosiyalarını idarə etməyə yardım etmək üçün oyuncaq terapiyası adlanan üsuldan istifadə edirlər.
Doqquz yaşlı İrina Kyiv yaxınlığında Krasilivka kəndindəki evdə xalası uşaqları ilə sakitcə oynayır.
Ancaq anası Natalia Ladan deyir ki, bundan bir neçə ay öncə o, ən kiçik səsdə belə tit-tir titrəyirdi.
Martda, müharibənin başında ailə Rusiyanın davamlı atəşinə məruz qalırdı.
“Biz zirzəmidə idik. Böyük bir partlayış oldu. Uşaqlaq qışqırmağa və ağlamağa başladılar. İşıqlar söndü. Dəhşətli idi. Biz rusların yaxın bir yeri vurduqlarını anladıq”
Rusiyanın atdığı raket evin damını zədələdiyi üçün, Ladan iki qızı, bacısı və onun iki qızı ilə birlikdə Ukraynanın qərbinə gedib.
Onlar apreldə, ruslar geri çəkiləndən sonra geri qayıdıb. Ancaq Ladan qızlarının hələ də çox stress keçirdiyini gördü.
Ailə ukraynalı psixoloqların uşaqlara travmalarının öhdəsindən gəlmək üçün yaratdığı xüsusi oyuncaq terapiyasına getməyə qərar verdi.
"Oyuncaq terapiyası otağı layihəsi uşaqların və hətta böyüklərin müalicə ala biləcəyi və gərginlik və stresİ oyuncağa ötürməklə onlardan qurtulmaq imkanı əldə edə biləcəkləri xüsusi bir məkandır," psixoloq Vita Moskalenko deyir.
İrina otağa daxil olanda çox sayda oyuncaq arasından zebranı seçib.
Psixoloqlar deyir ki, o, bütün qorxularını oyuncağa ötürdü və sonra oyuncaqdan qorxmağa başladı.
“Mən onunla yatanda, çox pis yuxu gördüm. Mən anamdan onu aparmasını istədim ki, mən onu görməyim,” İrina Ladan deyir.
Yerli psixoloq Vita Moskalenko deyir ki, qız qorxularını oyuncağa ötürdü. İndi o yeni oyuncaq seçə bilər. İrina bir az tərəddüd etdikdən sonra gücünün simvolu olaraq ilan seçib.
İlk oyuncaq terapiyası otağı iyun ayında açılıb.
İndi Ukrayna boyu 1600-dən çox ukraynalı uşağa yardım edən 100 bu cür otaq fəaliyyət göstərir.
Ölkədən kənarda yaşayan ukraynalı qaçqın uşaqlar üçün də bənzər otaqlar açmaq planlı var, çünki Rusiya Ukraynada kritik infrastrukturu hədəf almağa davam etdiyi bir vaxt, bir çoxları xaricdə qalmağa məcbur olur.