İranın Türkmənsəhra bölgəsində iki vətəndaşı sosial media fəaliyyətlərinə görə həbs edib

İran kiber polisi İran-Türkmənistan sərhədində yerləşən Türkmənsəhra bölgəsinin Ağqala şəhərində iki vətəndaşı sosial media fəaliyyətləri səbəbilə həbs edib.

Ağqala polis komandiri polkovnik Əkbər Səccadi bu barədə İran xəbər agentliklərinə məlumat verib.

Yarı-rəsmi Mehr agentliyinin polis komandirinin açıqlamalarına istinadən yaydığı xəbərdə nəzarət altına alınan şəxslər “İctima rəydə təşviş yaradanlar” olaraq təqdim edilib.

“Ağqalada ictimai rəydə təşviş, qarışıqlıq və iğtişaş yaratmaq məqsədi ilə sosial mediada fəaliyyət göstərən şəxslər polis tərəfindən təqib və aşkar edildilər” - deyə, polkovnik Səccadi söyləyib.

Agentliyin xəbərinə görə, polis adları açıqlanmayan şəxslərin evinə basqın edib.

SEE ALSO: “İran məzhəb siyasəti ilə türklər və türkmənləri bir-birindən ayıra bilmədi”

İran kiber polisi vətəndaşlardan istəyib ki, oxşar fəaliyyətlər yürüdən şəxslərlə bağlı polis dairələrinə telefon etsinlər.

Beynəlxalq insan haqları qurumları sünni-hənəfi məzhəbinə mənsub olan türkmənlərin İranda həm dini, həm də etnik ayrıseçkiliyə məruz qaldıqlarını bildirir.