Təbrizli həkim Rza Rzazadə 6 ay müddətinə azadlıqdan məhrum edilib

Rza Rzazadə

Təbrizli doktor Rza Rzazadə məhkəmənin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib və 2 il ölkədən çıxışına qadağa qoyulub.

Bölgədəki hüquq müdafiəçiləri və HRA xəbər agentliyinə görə, Təbriz xəstəxanalarından birinin ortoped həkimi Rza Rzazadə bu şəhərin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" ittihamı ilə həbs cəzasına məhkum edilib.

Həmçinin hakim Həmlbər ona 2 il müddətinə ölkədən çıxışı qadağan edib.

Rzazadə məhkəməyə çağırıldığı üçün dekabrın 7-də Təbriz məhkəməsinə getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

SEE ALSO: İki Təbriz sakini həbs edilib

Bir həftə müddətinə nəzarət altına alındıqdan sonra o, girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti buraxılmışdı.

Azərbaycanlı həkimin Sistan və Bəluçistan vilayətində yerləşən Səravan şəhərinin keçmiş səhiyyə idarəsinin direktoru olduğu bildirilir.