Zəncan vilayətində son etirazlar zamanı həbs edilən Mehdi Dadgər müxtəlif ittihamlardan günahkar tanınaraq ümumilikdə 4 il 3 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Mehdi Dadgər "İslam Peyğəmbərini təhqir etmək" və "ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq" ittihamlarından günakar tanınınıb və müvafiq olaraq 3 il və 15 ay 16 gün həbs cəzasına məhkum edilib.
O, daha əvvəl Əbhər Cinayət Məhkəməsi tərəfinfən "İslam Respublikasının qurucusu və liderini təhqir etmək" və "sistemə qarşı təbliğat aparmaq"da təqsirli bilinib, müvafiq olaraq, 15 ay və 8 ay həbs cızasına məhkum edilmişdi.
SEE ALSO: İranın Zəncan vilayətində iki etirazçı həbs, şallaq və pul cəzasına məhkum edilibHRA xəbər agentliyi bu barədə yazıb ki, İranın cinayət qanunlarına görə, həmin vətəndaşa verilən ən ağır hökm olan üç il həbs cəzası tətbiq edilə bilər.
Zəncan vilayətindən iki azərbaycanlı qardaş və bacı Səmanə və Mehdi Dadgər Əbhər şəhərində keçirilən ümummilli etirazlar zamanı həbs edilmiş, Zəncan və Əbhər həbsxanalarında bir müddət dindirilib saxlanıldıqdan sonra 500 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılmışdılar.