“Avropada satılmasın, Azərbaycanda satılsın. Orada yanır qaz, amma biz evin içində ölürük”

Your browser doesn’t support HTML5

Bura İsmayıllının Enişdibi kəndidir. Kəndin sosial problemləri çoxdur. Amma qarlı-çovğunlu günlərdə camaatın əsas dərdi istilik olur. Sakinlərin dediyinə görə, kəndə bir ildir qaz xətti çəkilib, sayğaclar qoyulub, amma qaz verilmir.