Rusiyanın Ukraynada apardığı müharibə bu həftə Davosda dünya liderlərinin qatıldığı Dünya İqtisadi Forumunun əsas diqqət mərkəzində olub. Ukrayna prezidenti Volodimir Zelenski Davosda dünya liderlərinə video müraciətində silahların çatdırılmasını sürətləndirməyə çağırıb. O, ölkənin şərqində davam edən döyüşlərə baxmayaraq, Ukraynanın hələ də güclü olaraq qaldığını, lakin Qərbin daha sürətli hərəkət etməli olduğunu bildirib. Vaşinqtonda Atlantik Şuranın Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibədə Qərbin yardımı və Ukraynada durumu şərh edib.
Con Herbst: ABŞ və NATO müttəfiqləri Ukraynaya lazım olan bütün silahları göndərməlidir
Your browser doesn’t support HTML5
Vaşinqtonda Atlantika Şurasının Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibədə Qərbin Ukraynaya hərbi yardımı, Kyiv qüvvələrinin müqaviməti, Rusiyanın strategiyası və müharibənin mümkün nəticələrini şərh edib.