Avropa İttifaqından İrana qarşı yeni sanksiyalar

Your browser doesn’t support HTML5

Avropa İttifaqı İrana qarşı insan hüquqları pozuntularına görə yeni sanksiya paketini qəbul edib. Bazar ertəsi Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Brüsseldə baş tutan toplantısında daha 18 iranlı fiziki şəxs və 19 qurum sanksiya siyahısına əlavə edilib.