Britaniya: Rusiya hərbi gücün genişləndirilməsi planının reallaşdırmasında çətinliklər çəkəcək

Britaniyanın Müdafiə Nazirliyi tərəfindən edilən təhlil Rusiya tərəfindən konvensional hərbi təhdidin Ukrayna müharibəsindən sonra da uzun müddət davam edəcəyini deyir. Yanvarın 22-si yayılan məlumatda nazirlik əlavə edir ki, “Rusiya planlaşdırdığı hərbi genişlənmədə çətinliklər çəkəcək”.

Rusiyanın Müdafiə Nazirliyi keçən həftə silahlı qüvvələrin sayını 1.5 milyon nəfərə qədər artırmaq niyyətini elan edib.

Rusiya həmçinin Moskva və Leninqrad hərbi sahələrin bərpası planını elan edib. Birləşmiş Krallığın Müdafiə Nazirliyi bildirir ki, bu addımlar “Sovet erasındakı Qərbi Rusiyanın təşkilatlanmasına qismət qayıdışı” təcəssüm edir.

Rusiyanın həmçinin Finlandiya ilə sərhəd yaxınlığında, Kareliada yeni hərbi qoşun bazasının yaradılması planı var.

Sentyabrın 21-i Twitter-də Avropa rəsmiləri Almaniyanın Ukraynaya Leopard tanklarının göndərilməsi məsələsində qərarsızlığını tənqdib ediblər. Latviya xarici işlər naziri Edgars Rinkeviks “Ukraynanı Leopard tankları ilə təmin edin” yazaraq, Almaniyaya çağırış edib.

“Bu, Rusiya aqressiyasının dayandırılması, Ukrayada və Avropada sülhün bərpa edilməsi üçün lazımdır. Avropanın aparıcı qüdrəti olaraq Almaniyanın bu məsələdə xüsusi məsuliyyəti var” – deyərək, Rinkeviks həm özünün, həm də Litva və Estoniya xarici işlər nazirləri adından danışdığını bildirib.

Estoniya xarici işlər naziri Kaja Kallas Ukraynaya daha çox və daha tez silah göndərilməsinə çağırış edib. O, Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı “bu hələ uzun müddət davam edəcək” sözlərini deyib.

Polşa xarici işlər naziri Zbiqnev Ray “indi hərəkət etmək lazımdır” – deyə bildirib: “Ukraynalıların qanı tökülür. Bu, Leopard tanklarının göndərilməsi ilə bağlı qərarsızlığın qiymətidir.”