İnsan haqları vəkili Sina Yusufi Amerikanın Səsinə müsahibədə İranda aylardır davam etməkdə olan etirazlarla əlaqədar tutulan vətəndaşlara dəstək verən vəkillərin üzləşdiyi basqıları şərh edib. O, siyasi və və təhlükəsizlik ittihamları ilə üzləşən vətəndaşları müdafiə edən vəkillərin hər zaman basqılara məruz qaldığını söyləyir.
Your browser doesn’t support HTML5
Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının başqan vəkili olan Sina Yusufi keçən oktyabr ayında kollegiya tərəfindən həbs edilənlərə dəstək üçün “müdafiə komitəsi” təşkil edildiyini açıqladıqdan sonra nəzarət altına alınıb və həbs cəzasına məhkum edilib. Yusufi son illərdə fəaliyyətləri səbəbilə mühakimə edilən bəzi türk fəallar, habelə uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən aiələri İran məhkəmələrində müdafiə edib.
Biz insan haqları komissiyasında iclas təşkil etdik və təklif edildi ki, bir müdafiə komitəsi təşkil olunsun. Danışıldı ki, həmkarlar koordinasiyalı bir şəkildə dosyelərə daxil olsunlar. Biz istədik ki, vəkillərin ofislərinə və ya vəkillər birliyinə müraciət edən ailələrə işini görmək üçün bir mexanizm yaransın.
Sina Yusufinin dediklərinə görə, kollegiyanın İnsan Haqları Komissiyası təşkil olunduqdan bəri İran Azərbaycanında insan haqları mövzuları, o cümlədən siyasi məhbusları müdafiə və ətraf mühit məsələlərinə diqqət yetirib:
SEE ALSO: Təbrizdə İnqilab Məhkəməsi daha iki vəkilə həbs cəzası verib“Təbrizdə yəni Azərbaycanda siyasi fəaliyyət çoxdur və [hökümətin] təhlükəsizlik baxışı hakimdir. Bu vəziyyətdə də siyasi məhbuslarımız olur. Ona görə insan haqları komissiyası adətən bu məsələlərə daxil olur. Sırf məhkəmə işlərində deyil, komissiya çox hallarda bəyanat verərək və ya media yolu ilə bu mövzulara daxil olub və insan haqları fəaliyyəti göstərənləri himayə edib. Ətraf mühit məsələlərinə daxil olub. Habelə, Urmiyə gölü məsələsi və ya hava kirliliyi kimi məsələlərə daxil olub. Bu son etirazlarda da komissiya bu xüsusda bəyanat verdi və İrşad Dövriyyələrinin (hicaba nəzarət edən qüvvələr) ləğv edilməsini istədi. Ondan sonra vəkillər kollegiyası və özəlliklə insan haqları komissiyasının üzərinə gəlməyə başladılar.”
SEE ALSO: Təbrizdə vəkil Negin Kiyani həbsə məhkum edilib, ölkədən çıxışına qadağa qoyulubYusufi keçən oktyabr ayının 12-də kollegiyanın kütləvi aksiyalar ilə əlaqədar həbs edilənlərə dəstək üçün “müdafiə komitəsi” təşkil etdiyini, həmçinin o tarixə qədər təkcə Təbriz şəhərində 1700 nəfərin saxlanıldığını açıqlayıb. Vəkil bu açıqlamaqdan sonra nəzarət altına alınıb və sərbəst buraxıldıqdan sonra 6 ay həbs, 2 il ölkədən çıxış qadağası və elektron cihazlarının müsadirə edilməsinə məhkum edilib.
Etirazlarla birlikdə həmkarların çoxu internet üzərindən xalqa dəstək bildirmişdi. Yazı paylaşırdılar. Bəziləri də tutulanları məhkəmədə pulsuz müdafiə etməyə hazır olduqlarını bildirmişdi. Məndən əlavə üç vəkil tutuldu.
“Tutulanların sayı 1700 nəfərin üstündə idi. Biz insan haqları komissiyasında iclas təşkil etdik və təklif edildi ki, bir müdafiə komitəsi təşkil olunsun. Danışıldı ki, həmkarlar koordinasiyalı bir şəkildə dosyelərə daxil olsunlar. Biz istədik ki, vəkillərin ofislərinə və ya vəkillər birliyinə müraciət edən ailələrə işini görmək üçün bir mexanizm yaransın. O ailələr ki, bilmirdilər uşaqları harada saxlanılır,” vəkil bildirib.
Həmin iclasdan üç gün sonra nəzarət altına alınan Sina Yusufi “İslam Respublikası nizamına qarşı təbliğat” fəaliyyəti göstərmək ittihamı ilə həbsə məhkum edilib.
Sina Yusufi deyir ki, “bir başqa dosye də prokuroluğun 15-ci şöbəsində təşkil olunub. Orada ‘iğtişaşlara dəstək məqsədilə qanunsuz qrup təşkil etmək’ ittihamını irəli sürüblər. Bu iş hazırda davam edir.”
Yusufidən əlavə daha üç vəkil nəzarət altına alınaraq həbsə məhkum ediliblər. Həmçinin, onlarla vəkil haqqında intizam işi açılıb.
“Etirazlarla birlikdə həmkarların çoxu internet üzərindən xalqa dəstək bildirmişdi. Yazı paylaşırdılar. Bəziləri də tutulanları məhkəmədə pulsuz müdafiə etməyə hazır olduqlarını bildirmişdi. Məndən əlavə üç vəkil tutuldu. Onlar da ‘story’ qoyub dəstək bildirmişdilər; cənab Bodi, cənab Mehdipur və xanım Kiyani. Amma ədliyyənin kəşfiyyat qurumu gördü ki, əgər hər kəsi tutmaq istəsə, yüz nəfərdən artıq vəkili tutmalı olacaq. Buna görə bir siyahı hazırlayıb kollegiyaya göndərdilər. Bildiyimə görə, siyahıda 52 nəfərin adı var idi. Sonradan bu adlara əlavə olunub. İndi isə bildiyim qədər, 72 vəkilin adı var və deyiblər ki, bunlara qarşı ölçü götürülsün,” insan haqları vəkili bildirib.
O, hesab edir ki, vəkilləri kollegiya vasitəsi ilə cəzalandırmaq kollegiyanın müstəqilliyinə də böyük bir zərbədir.
Sina Yusufininin söylədiklərinə görə, bu ilk dəfə deyil ki, siyasi və təhlükəsizlik ittihamları ilə üzləşən fəalları müdafiə edən vəkillərə təzyiq olunur.
“O vəkillər ki, siyasi və təhlükəsizlik dosyelər üzərində işləyir, həmişə məhdudiyyətdə olublar. Həmişə basqıda olublar. Bu ilk dəfə deyildi ki, bu basqıları görürdük. Mən daha əvvəl də ədliyyə idarəsinin kəşfiyyat qurumuna çağırılmışdım,” insan haqları vəkili əlavə edib.