Mədinə nənənin təndir sənəti

Qubanın mərkəzindən təxminən 17 kilometr aralıqda yerləşən İspik kəndində işsizlik birinci yerdədir. Kənd sakinləri üçün iş olmadığından insanlar rayon mərkəzinə yaxud ətraf rayonlara gedirlər. Gənclərin əksəriyyəti isə iş üçün Bakıya üz tutur. (22 iyul, 2022)

Yaşlı sakinlər də özləri üçün kiçik təsərrüfat qurub, öz gün-güzəranlarını idarə edirlər. Kənddə yalnız bir avtobus fəaliyyət gösətir. O da səhər 7-də kənddən çıxıb, axşam 5-də geri dönür. Kənddə yaşayan insanlar avtobusa çata bilməyəndə, adam başı 5-10 manat arası ödəniş edib, fərdi maşınlarla şəhər mərkəzinə gedirlər. (22 iyul, 2022)

İspik kəndində fərdi təsərrüfatı olmayan Mədinə Xıdırova isə çörək bişirmək üçün istifadə edilən təndir və xərək hazırlamaqla məşğul olub. 1936-cı ildə anadan olan Mədinə nənəni Qubada hər kəs “Təndirçi nənə” kimi tanıyır. (31 iyul, 2016)

Mədinə nənənin 33 yaşı olanda əvvəl həyat yoldaşını, daha sonra atasını itirəndən sonra evin bütün yükü onun üzərinə düşür. Ailəni saxlamaq üçün işləmək lazım idi. (31 iyul, 2016)

Kənddə olan sosial problemlər və işsizlik Mədinə nənəni təndir hazırlamağa məcbur edir. Yavaş-yavaş təndir hazırlayıb, satmaqla məşğul olur. Mədinə nənənin təndiri Rusiya, Ukrayna, Moldova və s kimi ölkələrə kimi gedib çıxır. Devalvasiyadan öncə Mədinə nənənin hazırladığı təndirin qiyməti 70-90 manat arası dəyişirdi. Devalivasiyadan sonra 100-150 manat arası oldu. (22 iyul, 2022)

2019-cu ildə başlanmış pandemiya və sərhədlərin bağlanması Mədinə nənənin işini olduqca çətinləşdirir. Daha sonra Qarabağ müharibəsi və sonra Ukrayna müharibəsi nənənin gəlirini tam dayandırır. Mədinə nənə də işi getsin deyə hazırladığı təndir və xərəkləri Quba və ətraf rayonlara satmağa başlayır. (22 iyul, 2022)

Zaman keçdikcə Mədinə nənənin yaşlanması təndir işinə də təsir edir. Ona görə işi yarımçıq qalmasın deyə, təndir hazırlamağı öz oğlu Sədrəddinə də öyrədir. (22 iyul, 2022)

2022-ci ilin noyabrında Mədinə nənə uzun sürən xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişir. (2 yanvar, 2023)

Hazırda Mədinə nənənin işini oğlu Sədrəddin davam etdirir. (22 iyul, 2022)

Sədrəddin təndiri ancaq may ayından başlayaraq hazırladığını deyir: “İndiki durumda həm gil tapmaq çətindir, həm də hazırlanan təndir soyuqda gec quruyur. Ona görə, may ayından başlayaraq sentyabrın sonuna qədər təndir hazırlayıram. Sifarişlərdən asılı olaraq, ayda 1 yaxud 2 təndir hazırlamaq mümkündür.” (22 iyul, 2022)

Mədinə nənənin 33 yaşı olanda əvvəl həyat yoldaşını, sonra isə atasını itirir. Ailəni saxlamaq üçün işləmək lazım idi. Amma işsizlik onu təndir hazırlamağa məcbur edir. Yavaş-yavaş təndir hazırlayıb, satmaqla məşğul olur. Onun təndirləri Rusiya, Ukrayna, Moldova və s kimi ölkələrə kimi gedib çıxır.