Dövlət Yol Polisi baş verən yol qəzaları ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi son günlər baş verən yol nəqliyyat hadisələri ilə bağlımüraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərlinin yerli mediaya verdiyi məlumata görə, son günlər baş vermiş yol nəqliyyat hadisələrinin hər biri məsuliyyətsizliyin nəticəsidir.

Onun sözlərinə görə, sıxlıqlardan, tıxaclardan vacib olan məsələ təhlükəsizlikdir.

“Son günlər insan tələfatı ilə nəticələnən ağır qəzalar əksəriyyətin gileyləndiyi tıxac və sıxlıqlarda deyil, sürətli yollarda və qayda pozuntuları nəticəsində baş verib.

Deməli yollarımızın ən böyük problemi sürücülərin,piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağın yol açdığı faciələrdir” o, bildirib.

Onun fikrincə yolların ən böyük problemi sürücülərin, piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağının yol açdığı faciələrdir.

“Əksəriyyət qayda qanunun olmasını istəsədə təəssüf ki həmin qaydaların özündən kənarda olmasını istəyir! Min bir bəhanə ilə hər kəsin özünü haqlı çıxartmaq və qaydaların yanından ötüb keçmək arzusu var. Niyəsə bəzi insanlar başa düşmür ki göz görə-görə özünü təhlükəyə atmaq daha sonra bu ağır hadisələrin nəticəsində faciələri sığortalamır.Bir daha sizdən xahiş edirik ki yola çıxan yaxınlarınızdan,doğmalarınızdan, dostlarınızdan ehtiyyatlı olmağı tələb edin. Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir səhfləri bağışlamır” Aras Əsgərli, deyib.

Xatırlatma

Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatlan görə, yanvarın 1-də səhər saatlarında Bakıda Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. “Mercedes” və “Prius” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ölüb.