Avstraliya və Kanada Çindən gələn səyahətçilərə təyyarəyə minməkdən öncə COVID-19 testi götürməyi tələb edən ölkələrin sırasına qoşuldu. Çində hal-hazırda pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra ölkə səviyyəsində yoluxmaların sayının artması müşahidə edilir.
Avstraliyanın səhiyyə rəsmilərinin bildirdiyinə görə, ölkə yanvarın 5-dən etibarən Çinin qitə ərazisindən, o cümlədən Honq Konq və Makaodan gələn sərnişinlərdən səfərdən öncə iki gün ərzində götürdükləri COVID-19 testindən neqativ cavab tələb edəcək.
Kanada rəsmiləri də bəyanatla çıxış edərək, yanvarın 5-dən qüvvəyə minəcək bənzər tədbirlər elan ediblər.
Avstraliya və Kanadadan öncə Çindən gələn səyahətçilərdən COVID-19 testinin neqativ cavabını tələb edən ölkələr ABŞ, Birləşmiş Krallıq, Hindistan, Yaponiya və bir sıra Avropa ölkələri olub. Bu ölkələr Çin ilə bağlı məlumatların məhdud olması fonunda, COVID-19 virusunun yeni varinatlarının peyda olmasından narahat olduqlarını bilirir.