Bazar günü açıqlanan rəqəmlərə əsasən, 2022-ci ildə 45,000-dən çox mühacur qitə Avropasından İngilis kanalı vasitəsilə Böyük Britaniyaya keçib. Bu, əvvəlki ilin rekordundan 17,000 nəfər çoxdur.
Bu statistika qeyri-qanuni immiqrasiyanı azaldacaqlarını və prosesi həyata keçirən kriminal dəstələri aradan qaldıracaqlarını vəd edən Mühafizəkarlar hökuməti üçün ciddi siyasi problemə çevrilib.
Ümumilikdə, 2022-ci ildə dünyanın ən məşğul gəmi keçidlərinin biri olan İngilis kanalından 45,756 nəfər təhlükəli qayıq keçidini həyata keçirib. 2021-ci ildə bu rəqəm 28,526 idi.
Keçən ay kanalda miqrantlarla dolu kiçik qayığın çevrilməsindən sonra şaxta hava nəticəsində 4 nəfər həlak olub. Ərazidəki balıqçı qayığı digər 43 nəfəri soyuq sudan çıxarmağı bacarıb.
Bu hadisə, digər bir qayığın çevrilməsi nəticəsində ən azı 27 nəfərin boğulmasından bir il sonraya təsadüf edir.
2022-ci ildə həmçinin gün ərzində kanalı keçən mühacirlərin sayına görə də rekord müşahidə edilib. Bu, avqustun 22-də 1,295 nəfər kanalı keçməsi zamanı baş verib.