İngiltərə restoranına hücum - 1 ölü, 3 yaralı

Lighthouse restoranı

Bazar günü polis bildirib ki, İngiltərənin şimal-qərbindəki restoranda Milad gecəsi silahlı hücum nəticəsində bir gənc qadın ölüb, üç kişi yaralanıb.

Mersisayd polisi saat 23:50-də baş verənləri araşdırdığını bildirib.

Polis heç bir şübhəli şəxsi saxlamayıb.

"Bu təhqiqat çox erkən mərhələdədir və biz başa düşürük ki, bu, Milad günündən əvvəl gənclərlə dolu bir yerdə baş vermiş həqiqətən şok və dağıdıcı hadisədir" - deyə, detektiv nəzarətçi David Makkoqrin bildirib.

Polisin verdiyi açıqlamada qadının aldığı güllə yarasından xəstəxanada öldüyü bildirilib.

Müstəntiqlər nə baş verdiyini anlamaq üçün şahidlər, eləcə də cib telefonu videosu və qapalı televiziya görüntüləri axtarır.

"Biz inanırıq ki, silahlı şəxs atışmadan qısa müddət sonra tünd rəngli avtomobillə, ehtimal ki, tünd rəngli "Mercedes"lə restoranın avtoparkını tərk edib və bunu görən hər kəs dərhal bizimlə əlaqə saxlasın" - deyə, David Makkoqrin bildirib.

Cümə günü gecə İngiltərənin şərqindəki restoranda həyata keçirilən hücum nəticəsində 44 yaşlı bir kişi həbs edilib.