Həsən Şəriətmədari: “İnsanlar ölümə gedir, həbs edilir, lakin məramından çəkilmir, bu, bir inqilabdır”

Your browser doesn’t support HTML5

Tanınmış dissident, müxalif siyasətçi Həsən Şəriətmədari Amerikanın Səsinə müsahibədə İranda 3 aydır ölkə boyu davam edən etirazlar, Tehran rejiminin nümayişlərə cavabı, azərbaycanlıların istəkləri, etnik azlıqlarnın durumu və hadisələrin mümkün nəticələri haqda danışıb.

İranda artıq 3 aydır ölkə boyu davam edən etirazlar son illərdə ən genişmiqyaslı, əhalinin demək olar bütün təbəqələrinin iştirak etdiyi nümayişlərdir. Eyni zamanda bu, İran rejimi qarşısında 1979-cu ildə islam inqilabından sonra ən ciddi sınaqlardan biri hesab edilir. Tanınmış dissident, müxalif siyasətçi Həsən Şəriətmədari Amerikanın Səsinə müsahibədə İranda etirazlar, azərbaycanlıların istəkləri və hadisələrin mümkün nəticələri haqda danışıb.