Ned Prays: Etirazçılara sərt hökmlər və ictimaiyyət qarşısında edam İran xalqını qorxutmaq məqsədi daşıyır

Your browser doesn’t support HTML5

ABŞ Tehran tərəfindən sərt hökmlər və edamların hökumətə etiraz edən insanları qorxutmaq məqsədi daşdığını bəyan edib. Dövlət Departamentinin sözçüsü Ned Prays Birləşmiş Ştatların və bütün dünyanın Tehran rejimi tərəfindən dinc nümayişçilərə qarşı repressiyaları diqqətlə izlədiyini bildirib.

Beynəlxalq ictimaiyyət İranı sentyabr ayında 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra başlayan etiraz nümayişləri ilə əlaqədar edam hökmlərini icra etməsini qətiyyətlə pisləyib. Birləşmiş Ştatlar Tehran tərəfindən sərt hökmlər və edamların hökumətə etiraz edən insanları qorxutmaq məqsədi daşdığını bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Birləşmiş Ştatların və bütün dünyanın Tehran rejimi tərəfindən dinc nümayişçilərə qarşı repressiyaları diqqətlə izlədiyini bildirib.