Tehranda yaşayan azərbaycanlı milli fəal Mahmud Ocaqlı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.
Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, cənab Ocaqlı dekabrın 11-də iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
HRA xəbər agentliyi bu barədə yazıb ki, təhlükəsizlik qüvvələri onun iş yerinə daxil olanda cənab Ocaqlı ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq, həbs olunduğunu onlara bildirib.
Güneyli türk dil haqları fəalına qarşı irəli sürülən ittihamlar və onun harada saxlanılması barədə, hələ ki, məlumat yoxdur.
Mahmud Ocaqlı daha öncə də təhlükəsizlik qüvvələri tərəfindən həbs edib.
SEE ALSO: Tehranda dörd milli fəal həbs edilibO, 2014-cü ilin martında Beynəlxalq Ana Dili Günü mərasiminində iştirak etdikdən sonra digər türk dili hüquqları müdafiəçiləri ilə birgə həbs edilmişdi. 2014-cü ilin iyununda Ocaqlı üç ay təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirildikdən sonra 100 milyonluq girov qarşılığında Evin həbsxanasından azad edilmişdi.