Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Belə ki, son günlər infeksiyaya yoluxanları sayı iki dəfədən çox artıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.
Xatırladaq ki, dekabrın 12-də infeksiyaya yoluxanların sayı 9 nəfər, deakbrın 13-də isə 64 nəfər olub.
Azərbaycanda indiyədək ümumilikdə 825 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 695 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 466 nəfərdir.
Ölkədə son sutka ərzində 1 834, hazırkı dövrədək isə 7 401826 test aparılıb.