ABŞ-ın Azərbaycandakı səfirliyi Damla ictimai birliyi ilə tərəfdaşlıq şəkilində işləyərək, səfirliyin yerli əməkdaşlarının şərəfinə ehtiyacı olan insanlar üçün ərzaq bağlamalarının paylanmasını həyata keçirib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, səfirliyin yerli əməkdaşlarının şərəfinə müvəqqəti işlər vəkili Hüqo Qevara və səfirliyin əməkdaşları ərzaq bağlamalarını Damla birliyinə ianə edib.
Sözügedən ianə gəliri aşağı olan insanlara, uşaqlara, əlilliyi olan şəxslərə və digər ehtiyacı olan insanlara dəstək vermək üçün nəzərdə tutulub.
Tədbir zamanı çıxış edən müvəqqəti işlər vəkili Qevara qeyd edib ki, ianə səfrilik işçilərinin göstərdiyi fədakarlıq və dəstəyə, onların Azərbaycan və Amerika xalqları arasında əlaqə yaradılmasına xidmət edir.
Qevara əlavə edib ki, keçən il səfirlik yerli əməkdaşların şərəfinə Bakı ətrafında 335 ağacın əkilməsini təşkil edib.
“Bu iyanə sadəcə olaraq ərzaq bağlamalarının verilməsi deyil. Bu digərlərinin həyatında dəyişikliyi təmin edən bir işdir. Bu il biz müharibənin təsirini, ərzaq və təchizatların qiymət artımını və çoxlarının üzləşdiyi çağırışların şahidi olmuşuq. Kiçik şəkildə olsa da biz bu yardımı göstərməkdən şərəf duyuruq. Səfirlikdə biz irqindən, dinindən, cinsindən, etnik mənsubiyyətindən, sosial-iqtisadi durumundan və hər hansı başqa səbəbdən asılı olmayaraq hər bir kəsə dəyər verir, onların komandamıza gətirdikləri müxtəlifliyi qiymətləndiririk,” o qeyd edib.
Səfirliyin tərəfdaşı olan Damla 2008-ci ildən fəaliyyətdə olan və 2010-cu ildən hüquqi təşkilat kimi qeydiyyatdan kecən ictimai birlikdir. Birlik Bakı və 36 bölgədə fəaliyyət göstərərək, gəliri aşağı olan ailələrə, qismən və ya tam valideyin qayğısından məhrun olan uşaqlara, fiziki əlilliyi olan şəxslərə, tənha yaşlı insanlara və təbii fəlakətlərdən əziyyət çəkmiş insanlara yardım edir. Birlik həmçinin təxirəsalınmaz əməliyyat və digər tibbi yardıma ehtiyacı olanlar üçün maliyyə yardımının toplanmasını təşkil edir.