Lalə Cavanşir: “Nə rejim, nə də toplum artıq əvvəlki başlanğıc nöqtəsinə qayıda bilməyəcək”

Your browser doesn’t support HTML5

Toronto Universitetinin professoru Lalə Cavanşir Amerikanın Səsinə müsahibədə İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən Azərbaycan bölgələrində törədilmiş hüquq pozuntularına dair həmmüəllifi olduğu hesabat, İran Azərbaycanında durum və etirazların mümkün nəticələri haqda danışıb.

ABŞ və Kanadada fəaliyyət göstərən mütəxəssislər bu yaxınlarda İranda etirazlar zamanı İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən Azərbaycan bölgələrində törədilmiş hüquq pozuntularına dair hesabat hazırlayıblar. Toronto Universitetinin professoru Lalə Cavanşir Amerikanın Səsinə müsahibədə həmmüəllifi olduğu hesabatda əsas tapıntılar, İran Azərbaycanında durum və etirazların mümkün nəticələri haqda danışıb.