Ölkənin ən yaşlı iki prezidentinin 2024-cü ildə ofis uğrunda mübarizə aparmağa hazırlaşdığı bir vaxt amerikalıları getdikcə daha çox orta yaşlı sakinin otuzlarında olduğu bir ölkəyə rəhbərlik etmək üçün neçə yaş lazım olduğu düşündürür.
Siyasətdə yaş təkcə rəqəm demək deyil. Bu, müzakirə mövzusudur. Prezident Co Baydenin vəzifəyə uyğunluğu ilə bağlı suala bu yaxınlarda verdiyi cavabı nəzərdən keçirək.
"Özümü əla hiss edirəm. Heç nə dəyişməyib. Biz yaxşı formadayıq. Beləliklə, 58 yaşımı qeyd etməyi səbirsizliklə gözləyirəm".
Zarafat bir yana, Baydenin 80 yaşı var. O, dünyanın demokratik yolla seçilmiş ən yaşlı liderlərindən biridir. Onun ən böyük rəqibi, keçmiş prezident Donald Trampın 76 yaşı var. Gələn aya qədər isə üçüncü rütbəli seçilmiş postu 82 yaşlı Nensi Pelosi tutur.
Bu yaxınlarda o, Nümayəndələr Palatasının spikeri vəzifəsindən istefa verəcəyini açıqlayıb.
"Növbəti Konqresdə Demokratik liderliyə yenidən seçilməyə çalışmayacağam. Mənim üçün dərin hörmət etdiyim Demokratlar qrupuna yeni nəslin rəhbərlik edəcəyi saatı yetişdib. Bu zəhmətli məsuliyyəti daşımağa çiyin-çiyinə hazır olduğuna görə onlara minnətdaram".
Tarixçilər deyir ki, Amerikanın yüksək səviyyə siyasətində uzun müddətdir ki, opponentlərin çağırışlarına cavab verə biləcəyini şübhə altına almaq üçün yaşdan silah kimi istifadə olunur.
Ostindəki Texas Universitetinin tarix professoru Ceremi Suri Amerikanın Səsinə danışıb.
"Bu qədər uzun müddət dayanan liderlərlə bağlı problem ondadır ki, onlar effektiv orta yaşlı varislər yetişdirmirlər, çünki bu varislər orada, güclü və iqtidarda olsaydı, onlardan əvvəlkiləri əvəz edərdilər. Beləliklə, partiyalarımızda 70 yaşlarında olanlardan 40 yaşlarında olanlara sıçrayış görəcəyik".
Yaşlı namizədlərdən bəziləri hələ də yüksək formada olduqlarını deyir. Donald Trampın tərəfdarları onun namizəd olmağa uyğun olduğunu bildirir.
Hoqan Gidli Tramp dövründə Ağ Evin mətbuat katibinin müavini vəzifəsində çalışıb.
"Bir neçə dəfə ətrafda olmuş birinin müdrikliyinə ehtiyacınız var. Beləliklə, Donald Trampın fiziki vəziyyətinə ehtiyacınız olduğu kimi Donald Trampın da sahib olduğu müdrikliyə ehtiyacınız var".
Tramp deyir ki, yaş bir quruluşdur, İzah edərək, "80, hətta 90 yaşlarında da yaxşı və kəskin düşüncəli insanlar var. Bayden onlardan biri deyil, lakin bunun onun yaşı ilə heç bir əlaqəsi yoxdur. Əslində həyat 80 yaşında başlayır!"
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirir ki, əslində orta amerikalı 76 ildən bir qədər çox yaşayır.
Suri deyir ki, seçicilərlə liderlər arasında böyük yaş fərqi problemlər yaradır.
"Baydenin üzləşdiyi problemlərdən biri odur ki, o, orta Demokrat seçicidən çox yaşlıdır, bəzən həyəcan yaratmaqda çətinlik çəkir. Biz bu ara seçkilərində daha çox gəncin səs verdiyini gördük, lakin onların Co Baydeni yüksək qiymətləndirdikləri üçün səs verirdilyini görmədik".
Amerika prezidentliyinin bir həqiqəti var. Bu da tez yaşlanmaqdır. 47 yaşlıya nəzər salaq – ya da bu 46 yaşlıya. Onlar dünyanın ən çətin işlərindən biri olan ABŞ prezidentliyində səkkiz il olduqdan sonra.