Babək Çələbiyanlı: Azərbaycanlılar İran rejiminə qarşı etirazlarını “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə bildirir

Your browser doesn’t support HTML5

İranda etiraz nümayişlərinin davam etdiyi zaman azərbaycanlılar öz tələblərini irəli sürərək, “azadlıq, ədalət və milli hökumət” şüarları səsləndirir. Güneyli milli fəal Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibədə İranda etirazlar və azərbaycanlıların irəli sürdüyü tələblər haqda danışıb.

İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra etirazlar iki aydan artıq müddətdə rejim əleyhinə etiraz nümayişlərinin davam etdiyi zaman ölkənin azərbaycanlıların yaşadığı bölgələrində insanlar öz tələblərini irəli sürərək aksiyalara qoşulur. Etiraz nümayişlərində Azərbaycan türkləri “azadlıq, ədalət və milli hökumət” şüarları səsləndirir. ABŞ-da yaşayan güneyli milli fəal Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibədə İranda etirazlar və azərbaycanlıların irəli sürdüyü tələblər haqda danışıb.