Ərdəbilin küçələrindən birində təkbaşına etiraz aksiyası keçirən və "qadın, yaşam, azadlıq" şüarını səsləndirən qızın həbs edildiyi bildirilir.
Hüquq müdafiəçilərinin sosial mediada yaydıqları xəbərə görə, Ərdəbilin küçələrindən birində təkbaşına aksiya keçirən və insanlara gül hədiyyə edən gənc qız təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu qızın adının Sevda Minari olduğu deyilir, habelə ona aid olduğu deyilən bir fotosu yayımlanıb.
Bu qız noyabrın 13-də Ərdəbildə Hafiz parkının qarşısında insanlara gül paylayıb, sonra "qadın, yaşam, azadlıq" şüarını səsləndirib. Bir neçə dəqiqədən sonra təhlükəsizlik agentləri onu həbs etməyə çalışsalar da, vətəndaşların müdaxiləsi ilə o, onların əlindən xilas olub və yenidən əvvəlki yerinə qayıdaraq şeir səsləndirməyə başlayıb.
Cəsur azərbaycanlı qızın bu videosu sosial şəbəkələrdə geniş yayılıb və bir çox istifadəçi onun cəsarətini yüksək qiymətləndirib.
SEE ALSO: Ərdəbildə cəsarətli gənc qızın təkbaşına etiraz aksiyası diqqətləri cəlb edibSevda Minarinin fotosu ilə birlikdə həbs xəbəri sosial mediada yayımlanana qədər onun taleyindən xəbər yox idi. Sevdanın ailəsi dəfələrlə məhkəməyə müraciət etsə də, səlahiyyətlilərin onlara övladlarının harada və nə şəraitdə saxlanıldığı barədə məlumat verməkdən imtina edir.