Daşkəsənin Kobalt kəndindən fotoreportaj
Bu dəfə yolumuzu Daşkəsinin mərkəzindən təxminən 7-8 km aralıqda yerləşən “mineral kəndi”-nə saldıq.
Kəndin girişində ağaçların arasından görsənən kənd əsl istirahət mərkəzi kimi görünsə də, kəndə tərəf getdikcə vəziyyətin fərqli olduğu görünür.
1956-cı ildə bu kənddə tərkibində kobalt olan mineralların geoloji kəşfiyyat işləri aparılır. Həmin işləri aparan geoloqlar üçün salınan kənd də elə Kobalt adlandırılır.
Yerli sakinlərin qazancları yüksək idi. Hətta ətraf kənd və qəsəbələrdən burada işləmək üçün gələnlər də var idi.
O vaxtı rəhbərlik geoloqların işlərini rahatlaşdırmaq üçün kəndin içində ayrıca yataqxana salır ki, işçilər rahatlıqla gəlib-getsinlər. Ancaq illər ötdükcə kəndin iqtisadi-sosial durumu pisləşir.
Kəndin rifah halında olduğu vaxtlarda burada 100-ə yaxın ailə yaşayıb. Hazırda əhalinin sayı sürətlə azalır. Səbəb işsizlikdir. Gənclərin böyük əksəriyyəti işləmək üçün Gəncəyə gedir, digər bir qismi isə Bakıya üz tutur.
Kəndin əsas problemlərindən olan su yol isə ümumiyyətlə həll olunmamış qalır. Sakinlər kənd bələdiyyəsinə, İcra hakimiyyətinə müraciət etsələr də ümumiyyətlə şikayətlərinə belə baxılmır.
Sakinlərin dediyinə görə, keçmişdə hər bir evə ayrıca su xətti çəkilmişdi və su ilə təmin olunmuşdu. Sonradan xətlər dağıdıldı.
İndi insanlar əllərində müxtəlif qablarla palçıqlı yollarla bulaqlardan, yarı uçuq-yarı sökük evlərinə su daşımağa məcbur olurlar.
Kobalt kəndi, Daşkəsən.