Azərbaycan və ABŞ hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

Kərim Vəliyev və Kayl Metyu Koun (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Noyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ-ın Azərbaycandakı hərbi ataşesi Kayl Metyu Koun ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.