ABŞ dövlət katibi Antoni Blinken noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündən öncə açıqlamalar verərkən Birləşmiş Ştatların Azərbaycan və Ermənistanın suverenliyinin güclü dəstəkçisi olduğunu vurğulayıb. O, ABŞ-ın birbaşa dialoq vasitəsilə sülh prosesinə dəstəyini bir daha qeyd edərək, hər iki ölkənin sülh və Cənubi Qafqaz regionunun daha parlaq gələcəyi üçün çalışdığını deyib. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, səfir Riçard Hoqland Amerikanın Səsinə müsahibədə Vaşinqtonda dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü və Birləşmiş Ştatların Cənubi Qafqazda sülhə nail olunması prosesində səylərini şərh edib.
Riçard Hoqland: ABŞ Cənubi Qafqazda sülh prosesinə sadiq qalır
Your browser doesn’t support HTML5
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, səfir Riçard Hoqland Amerikanın Səsinə müsahibədə Vaşinqtonda dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü və Birləşmiş Ştatların Cənubi Qafqazda sülhə nail olunması prosesində səylərini şərh edib.