ABŞ və Cənubi Koreya hərbi təlimlərin vaxtını uzadıb

Your browser doesn’t support HTML5

Şimali Koreya misli görünməmiş raket buraxılış sürətini davam etdirərək dənizə daha altı raket göndərib. Lakin Kim rejimi Birləşmiş Ştatlar və Cənubi Koreyanı birgə hərbi təlimlər keçirdiklərinə görə tənqid etməkdə davam etdikcə, iki müttəfiq təlimləri yekunlaşmalı olduqları cümə günündən sonra da uzatmağa razılaşıblar.

Şimali Koreya nüvə başlığını Şimali Amerikaya qədər daşımaq üçün nəzərdə tutulmuş qitələrarası ballistik raket atıb. Sınaq digər beş raket buraxılışı ilə birlikdə Müdafiə naziri Lloyd Ostin Cənubi Koreyalı həmkarını Pentaqonda qəbul etməzdən bir neçə saat əvvəl həyata keçirilib və bu güclü xəbərdarlığa səbəb olub.

"Ostin və mən təsdiq etdik ki, KXDR-in (Koreya Xalq Demokratik Respublikası) hər hansı nüvə hücumu, o cümlədən taktiki nüvə silahından istifadəsi qəbuledilməzdir və bu, Kim Çen In rejiminə tam və qətiyyətli cavabla nəticələnəcək” - deyə, Cənubi Koreyanın müdafiə naziri Li Jonq-sup bildirib.

İki müdafiə lideri yarımadada keçirəcəkləri böyük müştərək hərbi təlimi uzatmaq qərarını açıqlayıb. Şimali Koreya lideri Kim Çen Inın bu addımı "dəhşətli səhv" adlandırılıb.

"Onların etdikləri əslində Kim Çen Ina strategiyasının uğursuz olduğunu göstərməkdir. Ancaq ironik olaraq, onun uğursuz strategiyası onu daha da çarəsiz edən şeydir", Demokratiyaları Müdafiə Fondundan Devid Maksvell bildirib.

Cənubi Koreya və ABŞ rəsmiləri aylardır xəbərdarlıq ediblər ki, Şimali Koreya 2006-cı ildən bəri yeddinci və 2017-ci ildən bu yana ilk nüvə sınağına hazırlığın son mərhələsindədir. ABŞ siyasətini tənqid edənlər bildirib ki, Şimali Koreyanın nüvə təxribatları və son raket buraxılışları ABŞ və Cənubi Koreyanın hərbi qüvvələrinin Pxenyanın Seula hücum cəhdinə mane ola bilməyəcəyinə işarə ola bilər.

Ostin bununla razılaşmır.

"İnanıram ki, onları Şimali Koreyaya, üzrlü hesab edin, Cənubi Koreyaya hücumdan çəkindiriliblər və mən də inanıram ki, nüvə qurğusundan istifadə etməkdən də çəkinirlər".

Lakin bu arxayınlıq hava hücumu sirenlərinin vətəndaşlara potensial raketlərdən qorunmaq barədə xəbərdarlıq etdiyi Yaponiya və Cənubi Koreyanın bəzi bölgələrində narahatlıqları azaltmaya bilər.