Rusiyada qırıcı təyyarə yaşayış binasına düşüb, iki pilot həlak olub

Yanğınsöndürənlər təyyarənin düşdüyü yerdə yanğını söndürərkər. İrkutks. 23 oktyabr, 2022

Rəsmilərin verdiyi məlumata əsasən, bazar günü Sibirin İrkutsk şəhərində Rusiya qırıcı təyyarəsi yaşayış binasına düşüb və nəticədə iki pilot həlak olub.

İrkutsk qubernatoru İqor Kobzev Telegram hesabından paylaşım edərək bildirib ki, təyyarə şəhərdəki ikimərtəbəli evin üzərinə düşüb. Fövqəladə Hallar Nazirliyi pilotların öldüyünü, lakin başqa itkilərin olmadığını bildirib.

Bu, son altı gündə ikinci oxşar hadisədir. Ötən bazar ertəsi Ukraynanın cənubuna yaxınlıqda yerləşən Yeysk şəhərində Su-34 qırıcı təyyarəsi yaşayış binasına çırpılaraq, 15 nəfər ölümünə səbəb olub.

Rusiya xəbər agentlikləri bazar günü baş verən insidentdəki təyyarənin Su-30 olduğunu bildirib. Fövqəladə Hallar Nazirliyi açıqlamasında təyyarənin sınaq uçuşu zamanı qəzaya uğradığını bildirib.

Sosial mediada paylaşılan görüntülərdə təyyarənin düşdüyü yerdə bir neçə binanın yandığı və səmaya qalxan qara tüstü görünür.