Oktyabrın 21-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) üzvləri ilə görüşüb.
ABŞ səfirliynin məlumatına görə, Huqo Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə xarici işlər nazirinə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov isə ABŞ-ın Azərbaycanın enerji sektorunun şaxələndirilməsinə verdiyi dəstəyi, habelə qadınların iqtisadiyyatda iştirakının vacibliyini vurğulayaraq AmCham və ABŞ şirkətləri ilə birgə çalışan ABŞ səfirliyinin Azərbaycanda innovasiya və artımın stimullaşdırılmasında göstərə biləcəyi rolu vurğulayıb.