Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstan Respublikasında keçirilən "Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nda iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kurs müddətində hərbi münaqişələr zonasında Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib.
Beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub.