ABŞ Rusiyanı dronlarla təmin etdiyinə görə İrana qarşı  sanksiyalar tətbiq edəcəyini bildirir

Your browser doesn’t support HTML5

Bayden administrasiyası Rusiyanın Ukraynaya hücum etmək üçün İran istehsalı olan dronlardan istifadə etməsindən sonra Tehrana qarşı “ciddi şəkildə sanksiyalar tətbiq edəcəyini” bildirib. Ağ Ev həmçinin nüvə danışıqlarında yaranmış çıxılmaz vəziyyətin tez bir zamanda həllinə şübhə etdiyini bildirib.

Bayden administrasiyası Rusiyanın Ukraynaya hücum etmək üçün İran istehsalı olan dronlardan istifadə etməsindən sonra Tehrana qarşı “ciddi şəkildə sanksiyalar tətbiq edəcəyini” bildirib. Rəsmi Vaşinqton Tehrana qarşı silah satışı və etirazların qəddarlıqla yatırılması ilə bağlı sanksiyalar tətbiq etməyə söz verib. Ağ Ev həmçinin İran daxilində etirazçıların sərt rejimə müqavimət göstərməyə davam etdiyi vaxt nüvə razılaşması üzrə danışıqlarda yaranmış çıxılmaz vəziyyətin tez bir zamanda həll olunacağına şübhə etdiyini bildirib.