ABŞ Dövlət katibi Blinken Silikon vadisində texnoloji diplomatiyanı təşviq edib

Your browser doesn’t support HTML5

ABŞ Dövlət katibi Blinken Silikon vadisində texnoloji diplomatiyanı təşviq edib

ABŞ Dövlət katibi Antoni Blinkenin bu həftə Silikon vadisinə səfəri Bayden administrasiyasının texnologiyaya daha çox sərmayə qoyması ilə yanaşı, Çindəki müəssisələrə texnologiya satışına daha çox məhdudiyyətlər tətbiq etdiyi bir vaxta təsadüf edib.

Antoni Blinken Stenford Universitetində keçmiş dövlət katibi Kondoliza Rays ilə danışıb.

Onun tələbələrə və müəllim heyətinə mesajı nə olub? Texnologiya bütün dünyada geosiyasi məsələlərdə mühüm rol oynayır.

"Növbədə olanları formalaşdırmaq üçün gərgin rəqabət anındayıq. Texnologiya, innovasiya, sahibkarlıq. Onlar bunun mərkəzindədir. Gələcək üçün iqtisadiyyatları bu şəkildə yenidən quracağıq. Lazım gələrsə, ordunu belə modernləşdirəcəyik" , Blinken deyib.

Blinkenin səfəri Bayden administrasiyasının yerli yarımkeçirici tədqiqatları və istehsalını artırmaq üçün nəzərdə tutulan milyardlarla dollarlıq CHIPS və Elm Qanununu tətbiq etməyə başladığı bir vaxta təsadüf edir. Bu ayın əvvəlində administrasiya bəzi yarımkeçirici tədarükçülərin Çinə satmasına mane olan ixrac nəzarəti tətbiq edib ki, bu da Pekinin çipləri inkişaf etdirməsi və öz ordusunda istifadəsinə mane olsun.

"Yalnız az sayda ölkə var ki, ya ən yüksək səviyyəli yarımkeçiricilər istehsal edir, ya da ən yüksək səviyyəli yarımkeçiricilər istehsal etmək üçün alətlər hazırlayır. Biz onları lazım olan yerdə saxladığımızdan əmin olmaq istəyirik" - deyə, Dövlət katibi qeyd edib.

Sənaye analitikləri deyirlər ki, yeni məhdudiyyətlər ABŞ-ın bəzi texnoloji firmalarına zərər verəcək. Stenford hüquq professoru Neyt Persili bildirir ki, Blinkenin Silikon vadisi səfəri geosiyasi problemlər baxımından texnologiya sənayesinin əhəmiyyətini vurğulayır.

"Biz buradakı şirkətləri sadəcə bir növ məhsul istehsal etdiklərini düşünməyə meylli olsaq da, əslində həmin məhsul, istər yarımkeçiricilər, istərsə də texnoloji infrastrukturun digər aspektləri olsun, bunun sülh və müharibə məsələlərinə, beynəlxalq münasibətlərə aid məsələlərə dünya miqyasında təsirləri var. Və beləliklə, dövlət katibi və hökumətdəki digər şəxslər bu cür sənayelər üçün xüsusi siyasətə malik olduqlarını başa düşür."

Blinken Vaşinqton və Silikon vadisinin daha yaxşı uyğunlaşdırılmasının vacibliyi ilə bağlı çıxışında bu il ilk dəfə Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun Silikon vadisinin ekosistemi ilə "gündən-günə əlaqə" yaratdığını qeyd edib.