İranda bir qadının ölümü insan hüquqları uğrunda qlobal etirazlara səbəb oldu

Your browser doesn’t support HTML5

İranda bir qadının ölümü insan hüquqları uğrunda qlobal etirazlara səbəb oldu

İranda bir gənc qadının ölümündən bəri dünya boyu çox sayda etirazçılar küçələrə axışıblar. Əxlaq qanunlarını pozduğuna görə polis tərəfindən saxlanılan Məhsa Əmini İranda başlayan və qlobal dəstəyin axdığı bir hərəkata səbəb olub.

İranda bəzən zorakı hal alan küçə nümayişləri artıq bir neçə həftədir davam edir. Onlarla etirazçı ölüb. Bəziləri təhlükəsizlik qüvvələrini öldürüb.

Bunların hamısı 22 yaşlı universitet tələbəsi olan Məhsa Əmininin qlobal insan hüquqları hərəkatının üzünə çevrilməsi ilə başlayıb.

İranın “əxlaq polisi” Əminini ədəbsiz kimi təsvir etdikləri geyiminə görə həbs edib. Bundan üç gün sonra isə Əmini onların nəzarətində ikən həyatını itirib.

İslam Respublikası polis idarəsində çəkildiyini iddia etdiyi video paylaşıb. Həmin videoda Əmininin yerə yıxıldığı göstərilir. Rəsmilər deyir ki, o, yıxılaraq ölümcül infarkt keçirib. Ailəsi isə Əmininin ürək problemlərinin olmadığını deyir.

Etirazlar bundan sonra başladı. Ancaq əvvəl İslam Respublikası öncəki nümayişlərdə olduğu kimi onları təqib etmədi. Ancaq İran bu yaxınlarda yenidən öz xalqına qarşı zorakı təqiblərə başladı, nümayişlər isə tələfatlara gətirib çıxardı.

Ali ruhani Ayətullah Əli Xamenei Əminin ölümünü “kədərli insident” adlandırıb və “qəlbiqırıq” olduğunu söyləyib, amma sürətli bir şəkildə çaxnaşmaya görə günahı düşmənlərinə, Birləşmiş Ştatlar və İsrailin üzərinə atıb. Bayden administrasiyası təhlükəsizlik qüvvələrinin əsasən silahsız etirazçılarla toqquşmasını həddindən artıq reaksiya kimi gördüyünü və bundan "narahat olduğunu və dəhşətə gəldiyini" bildirir.

Əmininin tərəfdarları ailəsi ilə birlikdə rəsmi ölüm səbəbini təkzib edirlər və onun ölümünə görə İranın əxlaq polisinin günahkar olduğunu deyir. Bir çox iranlı deyir ki, onun ölümü dəyişikliyə çağıran qəzəbli fəryadlara səbəb olan qığılcım oldu.

Bu arada isə Əminin ailəsinin cavablardan çox sualları var. Bu, onun atası Əmcad Əminidir. O, qızının ölümündən qısa müddət sonra Amerikanın Səsini fars xidmətinə danışıb.

O deyir ki, “rəsmilər bizə heç vaxt ekspertizanın nəticələrini söyləmədilər.” Onlar ekspertiza rəyini istədikləei kimi yazdılar. Rəsmilər tam araşdırma aparcaqlarına söz verdilər. Amma Allaha and olsun ki, mən onların dedikləri tək bir sözə belə inanmıram. Mən onlara heç inanmıram və əminəm ki, yalan danışırlar. Onların etdiyi və ya dediyi heç nə bizə qızımızı geri gətirməyəcək. Onunla birlikdə saxlanılan qızların bəziləri bizə Məhsanın başına çubuqla zərbə aldığını dedilər. Bu yalandır. Allaha and olsun ki, onun heç bir xəstəliyi yox idi”

Əmcad Əmini həmçinin deyib ki, onun tək istəyi odur ki, qızının həyatı unudulmasın.