Rəsul Cəfərov: Avropa Şurasının Nazirlər Kabinetinin qərarları icra olunmalıdır

Hüquq müdafiəçisi Rəsul Cəfərov

Hüquq müdafiəçisi, vəkil Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin hazırkı vəziyyətindən danışıb.

Your browser doesn’t support HTML5

Rəsul Cəfərov: Avropa Şurasının Nazirlər Kabinetinin qərarları icra olunmalıdır

O qeyd edir ki, son zamanlar siyasi motivli işlər azalsa da, problem həll olunmayıb:

"Müəyyən işlər var ki, onlar narahatlıqlar doğurur. Ümumilikdə bilirsiniz ki, Azərbaycan həm də monitorinq komitəsində, monitorinq altında olan ölkələrdən biridir. Azərbaycan üzrə həmməruzəçilər bir qayda olaraq, ölkədə demokratik institutların fəaliyyəti adlı bir hesabat hazırlayırlar. Bu hesabatın içinə həmin o öhdəliklərlə bağlı məsələlər daxil edilir. Hüquq və azadlıqların qorunması ilə bağlı, siyasi hüquqlar, Avropa məhkəməsinin qərarlarının icrası məsələsi, AŞPA və Azərbaycan arasında əməkdaşlıq imkanları və s. Bütün bu kompanentlər öhdəlikləri təşkil edir".

Bundan əlavə hüquq müdafiəçisi Avropa Şurasının Nazirlər Kabinetinin Avropa İnsan haqları Konvensiyasının 18-ci maddəsinin pozulmasının tanınması ilə bağlı Avropa məhkəməsi qərarlarının icra olunmamasının səbəblərinə də toxunub:

"Hazırda icra edilməmiş işlərin sayı beşdi. Ərizəçilərin sayı 7-ə enib. Bunun səbəbi ondan ibarətdir ki, qərarlar icra edilsin. Qərarlar icra edilmədikcə Nazirlər Kabineti bu çağırışları davam etdirəcək. Həm də biz hesab edirik ki, əgər daha əvvəlki qərarlar icra edilməyə başlanılıbsa bu maddələr üzrə mütləq şəkildə digər qərarlar da, hansı ki, bizim həmkarlar Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayıl və digərlərinə aid olan qərarlardı, onlar da icra edilməlidir".

O qeyd edib ki, qərarlar icra olunmazsa Azərbaycan üçün müəyyən hüquqi nəticələr yaradılması da istisna edilmir:

"Siz bilirsiniz bu artıq olub bir dəfə. Konvensiyanın 46.4-cü maddəsi. Hansı ki, qərarların icra edilməməsi halında müəyyən prosedur nəzərdə tutur. Hansı ki, o prosedur arzu olunmaz nəticələrə gətirib çıxara bilər. Bu üzvlqklə bağlı məsələlərə gətirib çıxarda bilər. Məncə heç kim bunu arzu etmir.

Rəsul Cəfərov Avropa Şurasının ölkədə hüquqi islahataların həyata keçirilməsi istiqamətində töhfə verə biləcəyini qeyd edib:

“Birinci sualınızda mən qeyd etdim fəaliyyət planını. Fəaliyyət planı bir neçə istiqaməti nəzərdə tutur. Düzdü onunla bağlı daha əvvəlki illərdə çoxsaylı suallar var idi. Həmin fəaliyyət planlarının effektivliyi ilə bağlı. Sualı nəzəri cəhətdən cavablandırsaq çox praktikaya girmək istəmirəm. Əslində Avropa Məhkəməsinin qərarlarının nəticəsində bir sıra aktlar, planlar, sərəncamlar edilib. Tutaq ki, 2017-ci ildə bu cəza siyasətinin hümanistləşdirilməsi ilə bağlı prezident fərmanı oldu. Ondan sonra ki dövrdə məhkəmə hüquq islahatları ilə bağlı oldu. Dediyim kimi nəzəri baxımından bu töhfələr var. Müəyyən bir proses var. Təəssüf ki, praktikada çətinliklər qalır".